“Berlinin fikrincə, hazırda Avropa İttifaqı (Aİ) rəqabət qabiliyyətini artırmalı və müdafiəyə hazır olmalı, habelə qlobal səviyyədə hərəkət edə bilməlidir. Buna görə də, bütün Aİ-yə üzv dövlətlərin milli büdcələrin konsolidasiyası üçün əhəmiyyətli səylər göstərdiyi bir şəraitdə Almaniya AK-nin büdcənin artırılması təklifini dəstəkləyə bilməz”, - xəbərdə vurğulanır.
![]() |
Aİ-nin planı Viktor Orbanı hiddətləndirib |
Xatırladaq ki, iyulun 16-da AK Aİ-nin növbəti yeddi illik büdcəsinin 800 milyard avro artırılması təşəbbüsü ilə çıxış edib. Sənədə əsasən, əvvəlki dövrdəki (2021-2027) ümumi büdcənin 1,2 trilyon avrodan sonrakı yeddi ildə (2028-2034) 2 trilyon avroya qaldırılmsaı nəzərdə tutulur.
Yeri gəlmişkən, bu büdcə planında Ukrayna üçün 100 milyard avroluq dəstək niyyəti Macarıstanın baş naziri Viktor Orban tərəfindən sərt tənqid olunub.
Sahil İsgəndərov
AzVision.az