"Tengiz" yatağında genişləndirmə layihəsinin tətbiqinə görə həmişə bu sahədə uğur qazana bilməsək də, saziş üzrə hasilatın pay bölgüsündə bütün şərtlər nəzərdə alınıb. Layihəni başa çatdıranda öhdəliklərimiz artıqlaması ilə yerinə yetiriləcək", - Bektenov bildirib.
Qazaxıstanın Energetika Nazirliyinin hesabatına əsasən, 2025-ci ilin iyun ayında bu ölkənin xam neft tədarükünün həcmi sutkada 1,86 milyon barelə çatıb. Bu göstərici həm may ayının səviyyəsindən (sutkada 1,78 milyon barel) yüksəkdir, həm də "OPEC+" sazişi çərçivəsində müəyyənləşdirilmiş kvotadan təxminən 500 min barel çoxdur. Belə bir artım ölkənin ən böyük neft yatağı sayılan "Tengiz"də hasilatın genişləndirilməsi ilə əlaqədardır.
"OPEK"in bir müddət qabaq yaydığı hesabatda da diqqətə çatdırılırdı ki, Qazaxıstan və Azərbaycanı gələcəkdə Avropanın neftlə təminində tədricən daha mühüm rol oynayacaq. Eyni zamanda, "OPEC+" sazişi çərçivəsində avqustda neft hasilatının artırılacağı bildirilir.
Firudin Həmidli
AzVision.az