RU

Lənkəranda avtomobil 100 metr hündürlükdən dərəyə uçub, 3 nəfər xəsarət alıb

Lənkəranda ağıq yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində üç nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə axşam saatlarında Lənkəran rayonunun Xanbulan-Biləsəsər kənd yolunda, dağlıq ərazi olan Daşdatük kəndi ərazisində baş verib.

Belə ki, Astara rayon Siyəkü kənd sakini 2004-cü il təvəllüdlü Səbuhi Namiq oğlu Rzayevin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən idarəetməni itirib.

Nəqliyyat vasitəsi təqribən 100 metr hündürlükdən dərəyə aşıb və ağaca çırpılaraq dayanıb.

Qəza nəticəsində avtomobildə olan sürücü və sərnişinlər Astara rayon Siyəkü kənd sakinləri 2009-cu il təvəllüdlü Qalib Şaiq oğlu Şahməmmədov, 2003-cü il təvəllüdlü Sənan İlqar oğlu Əhmədov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunublar.

Həkimlər sürücü S. Rzayevə sağ mil sümüyünün sınığı, bədənin çoxsaylı sıyrıqları, Q. Şahməmmədova isə sol milin tipik yerdəyişən sınığı, sol göz ətrafında əzilmiş-didilmiş yara, bədəndə çoxsaylı sıyrıqlar və S. Əhmədova sağ bud çanaq, boyun nahiyəsinin küt travması diaqnozu qoyublar. Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda
Избранный
15
4
apa.az

10Источники