Lənkəranda avtomobil dərəyə aşıb.
"Unikal" xəbər verir ki, hadisə rayonunun Xanbulan-Biləsəsər kənd yolunda, Daşdatük kəndi ərazisində baş verib.
Belə ki, Astara rayon Siyəkü kənd sakini, 21 yaşlı Səbuhi Namiq oğlu Rzayevin idarə etdiyi VAZ-2107 markalı nəqliyyat vasitəsi idarəetməni itirib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə aşıb və ağaca çırpılaraq dayanıb. Qəza nəticəsində avtomobildə olan sürücü və sərnişinlər - Astara rayon Siyəkü kənd sakinləri 16 yaşlı Qalib Şaiq oğlu Şahməmmədov, 22 yaşlı Sənan İlqar oğlu Əhmədov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.