RU

"Neftçi" rumıniyalı müdafiəçini transfer etməyə yaxındır

"Neftçi" futbol klubu yaxın zamanda yeni transferini elan edə bilər.

İdman.biz Rumıniyanın "DigiSport" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" müdafiəçi Kristian Kostinlə müqavilə imzalamağa hazırlaşırlar.

27 yaşlı futbolçu 2023-cü ildən Buxarestin "Dinamo" klubunda çıxış edib. O, ötən mövsüm bütün turnirlərdə 37 oyunda qol vura bilməyib.

Qeyd edək ki, Kostin universal oyunçu hesab olunur — o, həm sağ cinah müdafiəçisi, həm də eyni cinahda vinger kimi oynaya bilir.

İdman.biz

Избранный
45
50
idman.biz

10Источники