AZ

"Neftçi" məşqçisi ilə yollarını ayırıb

"Neftçi-2"nin məşqçisi Anar Vəliyev komandadan ayrılıb.

Day.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, 2021-ci ildən "Neftçi" Futbol Akademiyasında çalışmış Vəliyev 2022/23 mövsümündən əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevin köməkçisi olub. O, Əvəzedicilər Liqasının qızıl (2023/24), gümüş (2024/25) və I Divizionun gümüş (2022/23) medallarını qazanıb.

Seçilən
18
50
day.az

10Mənbələr