“Neftçi-2”nin məşqçisi Anar Vəliyev komandadan ayrılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2021-ci ildən “Neftçi” Futbol Akademiyasında çalışan Vəliyev 2022/23 mövsümündən əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevin köməkçisi olub.
O, Əvəzedicilər Liqasının qızıl (2023/24), gümüş (2024/2025) və 1-ci Divizionun gümüş (2022/23) medallarını qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta