"Qalatasaray" Viktor Osimhenin transferi ilə bağlı razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" "Napoli" klubuna 40 milyon avro ilkin ödəniş edəcək. Növbəti il isə 35 milyon avro ödəniləcək.
Müqavilədə 5 milyon avroluq bonus bəndi yer alıb. Osimhenin sonrakı satışından "Napoli" klubuna 10% pay veriləcək.
Bundan əlavə, "Qalatasaray" rəhbərliyi 2 il ərzində onu heç bir İtaliya klubuna sata bilməz.