AZ

“Qalatasaray"ın bu ulduza "gözü düşdü"

"Qalatasaray" heyətini "Fənərbağça"nın sabiq futbolçusu ilə gücləndirmək niyyətindədir.

Milli.Az xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, "Cim-Bom"un müdafiə xətti üçün düşündüyü əsas namizədlərdən biri Cənubi Koreyalı futbolçu Kim Min Cedir.

Klubun Saşa Boe transferindən qalan 5 milyon avro və iki yoxlama oyunundan əldə olunacaq gəliri hələ də "Bavariya"dan ala bilmədiyi bildirilir.

İstanbul təmsilçisinin rəhbərliyi bu məbləğdən imtina edərək Kim Min Ceni heç bir əlavə ödəniş etmədən icarəyə götürmək niyyətindədir. Bu məqsədlə "Qalatasaray" artıq Münhen klubuna rəsmi təklif göndərib. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Xatırladaq ki, Kim Min Ce 2021/22 mövsümündə "Fənərbağça"nın şərəfini qoruyub. Daha sonra o, Türkiyə klubundan "Napoli"yə, oradan isə İtaliya A Seriyasından Almaniyanın "Bavariya" klubuna transfer olunub.

Milli.Az

Seçilən
17
44
milli.az

10Mənbələr