AZ

Ederson “Qalatasaray”la şəxsi danışıqları davam etdirir

“Mançester Siti” “Qalatasaray”dan qapıçı Ederson üçün rəsmi təklif almayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O “şəhərlilər”in braziliyalı qapıçının İstanbul klubuyla şəxsi şərtlər barədə danışıqlar apardığını qeyd edib.

Qeyd edək ki, Ederson 2021-ci ildən “Mançester Siti”də çıxış edir. Onun mövcud müqaviləsi gələn mövsümün sonunadək nəzərdə tutulub. Transfermarkt portalı qapıçının dəyərini 20 milyon avro kimi qiymətləndirir.

31 yaşlı Ederson bütün yarışlarda 372 oyun keçirib və 168 dəfə qapısını toxunulmaz saxlayıb.

Seçilən
45
19
90deqiqe.az

10Mənbələr