Sloveniya parlamenti ölümcül xəstələrə həyatlarına son qoymaq (evtanaziya) hüququ verən qanun qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, parlamentdə keçirilən səsvermədə 50 deputat evtanaziyanın lehinə, 34 deputat əleyhinə səs verib, 3 deputat isə bitərəf qalıb.
Yeni qanuna əsasən, sağalmaz xəstəlikdən əziyyət çəkən və dözülməz fiziki və ya psixoloji ağrılar yaşayan şəxslər həkim nəzarəti altında həyatlarına son qoymaq hüququna malik olacaqlar.