AZ

Daha bir ölkədə insanlar könüllü ÖLƏCƏKLƏR

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Sloveniya Parlamentində ölümcül xəstəliklə mübarizə aparan böyüklərə öz həyatlarına dəstəklənmiş şəkildə son qoymaq hüququ verən qanun təsdiqlənib.

"Cebheinfo.az" xəbər verir ki, parlamentdə keçirilən səsvermədə 50 millət vəkili "lehinə", 34 millət vəkili "əleyhinə" səs verib, 3 nəfər isə bitərəf qalıb.

Qanuna əsasən, Sloveniya ərazisində bütün müalicə imkanları tükənmiş və dözülməz ağrılar çəkən hallarda dəstəklənmiş ölümlə bağlı icazə veriləcək.

Qeyd olunub ki, psixi xəstəliklərdən qaynaqlanan əzablar üçün “dəstəklənmiş ölüm qanunu” tətbiq olunmayacaq.

Nigar Hacılı 

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
cebheinfo.az

9Mənbələr