"Atletiko"nun futbolçusu Saul Niqes karyerasını Türkiyədə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "Trabzonspor"la razılığa gəlib. Onun sabah Türkiyədə olacağı gözlənilir. O, tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Saul son olaraq icarə əsasında "Sevilya"da çıxış edib. O, "Atletiko"nun heyətində 427 oyuna çıxıb və 48 qol vurub.