RU

Kruiz gəmisi batdı: Azı 34 nəfər ölüb

Vyetnamın şimalında, Cənubi Çin dənizinin Halonq körfəzində turist gəmisinin batması nəticəsində azı 34 nəfər ölüb.

Valyuta.Az xəbər verir ki, bu barədə Vyetnam Xəbər Agentliyi məlumat yayıb.

Vyetnam Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 8-i uşaq olmaqla, 34 qurbanın cəsədini aşkar ediblər. 11 nəfər isə xilas edilib.

Rəsmi məlumata görə, kruiz gəmisinin göyərtəsində 53 nəfər olub: 48 sərnişin və 5 ekipaj üzvü. Gəmi qəfil tufan nəticəsində aşıb.

Избранный
81
13
valyuta.az

10Источники