AZ

Vyetnamda kruiz gəmisi batıb: Ölənlər var

Vyetnamda

Vyetnamda göyərtəsində 48 nəfərin olduğu kruiz gəmisi batıb.

Xalqcebhesi.az "VNA" nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlər var.

Hadisə Cənubi Çin dənizində yerləşən Halonq körfəzində baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, QN-7105 dövlət nömrə nişanlı gəmi güclü küləklə müşayiət olunan tufan nəticəsində çevrilib.

Hadisə məlum olduqdan sonra hadisənin baş verdiyi Quang Ninh əyalətinin səlahiyyətliləri xilasetmə əməliyyatı aparmaq üçün təcili yardım xidmətlərini səfərbər edib. Nəticədə 22 nəfər xilas edilib, 3 nəfərin cəsədi çıxarılıb.

Məryəm Quliyeva

Seçilən
19
13
xalqcebhesi.az

10Mənbələr