İngiltərə millisinin hücumçusu Markos Reşford karyerasını İspaniyada davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu "Mançester Yunayted"dən "Barselona"ya icarə əsasında keçməyə hazırlaşır. Tərəflər arasında razılaşmaya əsasən, Kataloniya klubu mövsümün sonunda futbolçunu satın alma hüququna sahib olacaq.
"Barselona" danışıqlar zamanı Reşfordun satınalma məbləğini azaltmağa nail olub. Əgər əvvəllər "Mançester Yunayted" forvard üçün 50 milyon avro tələb edirdisə, yekun razılaşmaya əsasən bu rəqəm 35 milyon avroya endirilib.
Qeyd edək ki, yeni baş məşqçi Ruben Amorimin planlarına daxil olmayan Reşford ötən mövsümün ikinci hissəsini icarə əsasında "Aston Villa"da keçirmişdi.