RU

iPhone 17 Pro bu rənglərdə olacaq -FOTO


Yeni iPhone 17 Pro qara, tünd göy və gümüş kimi klassik tonlarda, həmçinin Apple Watch Ultra-dan ilhamlanan narıncı rəngdə olacaq.

Medicina.az xəbər verir ki, aksessuar istehsalçısı və şirkətə yaxın mənbələr tərəfindən verilən məlumata görə, Pro seriyası bu il imicini yeniləməyə hazırlaşır.

Gözlənilən rənglər arasında qara, demək olar ki, qara rəngə malik tünd göy və simvolik rəng gümüş daxildir.



Seriyaya ən təəccüblü yeni əlavə narıncı rəng olacaq.

Apple-ın son aylarda sınaqdan keçirdiyi yaşıl, bənövşəyi və göy mavisi kimi digər rənglər Pro olmayan modellər üçün nəzərdə tutulub.

Bu rənglərin standart iPhone 17 və iPhone 17 Air kimi modellərdə istifadə ediləcəyi gözlənilir.

Aygün
Medicina.az

Избранный
48
6
medicina.az

10Источники