AZ

Türkiyə Prezidenti: İlham Əliyev Zəngəzur dəhlizinə böyük önəm verir

BAKI, 21 iyul. TELEQRAF

"Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçün deyil, regionun digər ölkələrinə də fayda verəcək".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə bu yolu geoiqtisadi ölçüsünə görə son dərəcə vacib hesab edir:

"Bu, bölgəmizdən kənarda olan regionları birləşdirəcək və ticarəti stimullaşdıracaq. Əsas gözləntimiz ondan ibarətdir ki, yol münaqişə mənbəyinə deyil, konsensusun simvoluna çevrilsin. Regionun əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən əraziyə çevrilməsinə imkan verəcək. İnanıram ki, biz region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinə böyük önəm verir. O, yolun mümkün qədər tez işə düşməsini istəyir. İnanıram ki, biz bu məsələni birlikdə həll edəcəyik".

Seçilən
33
48
teleqraf.com

10Mənbələr