RU

Kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 58,5 kiloqramdan artıq narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu və 182 ədəd psixotrop tərkibli həb götürülüb.

Daxili İşlər Nazirliyindən (DİN) Ekologiya.az-a bildirilib ki, yabanı halda bitmiş ümumi çəkisi 5,5 tona yaxın 14 min 986 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Избранный
82
7
ekologiya.az

10Источники