Polis əməkdaşlarının iyulun 19-da və 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, həmin günlərdə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
P.ƏMİRCANOV
XQ