RU

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 304 minədək e-arayış verib

Bakı, 19 iyul, AZƏRTAC

Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 303,7 min elektron arayış verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox e-arayış xidməti yaradılıb.

Bu e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.

Избранный
78
10
azertag.az

10Источники