AZ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 304 min elektron arayış verib

Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 303,7 min elektron arayış verilib.

Nazirlikdən SİA-ya bildirilib ki, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox e-arayış xidməti yaradılıb.

Bu e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.

Seçilən
44
9
sia.az

10Mənbələr