RU

Odessaya hava hücumu olub, ölən və xəsarət alanlar var

İyulun 19-na keçən gecə Ukraynanın Odessa şəhərinə kütləvi hava hücumu edilib. Hava hücumu zamanı kamikadze dronunun çoxmərtəbəli binaya endirilməsi nəticəsində bir neçə mərtəbə yanıb, bir qadın ölüb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, xilasedicilər könüllülərlə birlikdə yanğını söndürüblər. Yanan mənzillərdən 5 nəfər xilas edilib. 10-a yaxın mülki şəxs xəsarət alıb.

Dağıntılar təmizləndiyindən ölən və xəsarət alanlar haqqında məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, iyulun 18-də axşam saatlarından başlayaraq ruslar Ukraynaya doğru ballistik raketlər və pilotsuz təyyarələr atıblar. Gecə vaxtı Kiyevdə pilotsuz təyyarənin hücumu nəticəsində ilk nəticələr qeydə alınıb - dron parçası Darnitski rayonunda yaşayış binasının üzərinə düşüb.

AZƏRTAC

Избранный
77
12
ikisahil.az

10Источники