RU

Vinisius Juniorun transferinə 1 milyardlıq təklif

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu Vinisius Juniorun transferi üçün “Real Madrid”ə rekord səviyyəli təklif göndərib.

90deqiqe.Az-ın "talkSPORT"a istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçunun transferi üçün səudiyyəlilər 350 milyon avro ödəməyə hazırdırlar. 25 yaşlı futbolçuya təklif olunan 5 illik şəxsi müqavilənin ümumi dəyəri isə 1 milyard avro təşkil edir.

Vinisius hal-hazırda “Real”la olan və 2027-ci ildə başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı danışıqları dayandırıb.

Qeyd edək ki, geridə qalan mövsümdə Vinisius Junior 58 oyuna 22 qol vurub, 19 məhsuldar ötürmə ilə yadda qalıb. Əgər bu transfer baş tutarsa, o, futbol tarixinin ən bahalı futbolçusu olacaq. Mövcud rekorda Neymar sahibdir – 2017-ci ildə onun “Barselona”dan PSJ-yə keçidi üçün 222 milyon avro ödənilmişdi.

Избранный
74
36
90deqiqe.az

10Источники