AZ

Kevin De Bröyne “Napoli”yə keçidini şərh etdi

34 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçi Kevin De Bröyne azad agent qismində “Napoli”yə keçidini şərh edib.

Arena.az “Napoli”ni rəsmi saytına istinadən, belçikalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Mənim üçün Maradonanın çıxış etdiyi bir komanda oynamaq böyük şərəfdir. Düşünmürəm ki, bu, mənə təzyiq əlavə edir. Əgər böyük komandalar üçün oynayırsansa, təzyiq həmişə var, çünki onlar qalib gəlmək istəyirlər. Maradona – əfsanədir, amma mən özbaşımayam. Mən güc-qüvvəm daxilində hər şeyi edəcəyəm və ümidvaram, şəhərə və azarkeşlərə zövq bəxş edəcəyəm. Mən buradayam, çünki bu klub çox rəqabətəqadirdir, mən isə burada nəyə qadir olduğumu göstərə bilərəm. Mən yeni macərama çox şadam. Mən əvvəlki tək ilhama və keyfiyyətlərə malikəm ki, müvafiq səviyyədə rəqabətəqadir ola bilim. “Napoli”nin planları məndə təəssürat oyatdı, mən də öz seçimimdən çox razıyam”, deyə De Bröyne vurğulayıb.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün başa çatması ilə “Mançester Siti”dən azad agent qismində ayrılmış Kevin De Bröyne “Napoli”yə qoşulub. Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Kevin De Bröyne “Genk”in məzunudur. Futbolçu, karyerası ərzində “Çelsi”, “Verder” (icarə), “Volfsburq” və “Mançester Siti”də oynayıb.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə De Bröyne “Mançester Siti” üçün 40 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 422 oyun, 108 qol və 177 məhsuldar ötürmədən ibarətdir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 111 oyun keçirib, 31 qol vurub, 52 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
51
16
arena.az

10Mənbələr