RU

İstanbulda yeni danışıqlar – Zelenski niyə fikirini dəyişdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna üzrə danışıqların üçüncü raundunun İstanbulda keçirilməsini təklif edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyasına istinadən “TRT Huber” məlumat yayıb.

 

“Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun başlamasının həlledici əhəmiyyət daşıdığını və tərəflər üçün əlverişli tarixlər müəyyən edilən kimi Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini bəyan edib”, – nəşr yazır.

 

Putin öz növbəsində, Türkiyə liderinə münaqişənin həlli üçün vasitəçilik səylərini göstərməyə hazır olduğuna görə təşəkkür edib.

 

Yada salaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqların dayandırılmasından sonra ilk dəfə mayın 16-da İstanbulda görüşüblər. Yenidən başlayan danışıqlar prosesi çərçivəsində ikinci görüş iyunun 2-də baş tutub. Danışıqların ikinci raundundan sonra Rusiya Ukrayna tərəfinə münaqişənin sülh yolu ilə həlli şərtlərini əks etdirən memorandum layihəsini verib.

 

Maraqlıdır ki, Ukrayna prezidenti Zelenski də gözlənilmədən İstanbul danışıqlarının bərpasına çağırıb. Zelenski Ukraynanın keçmiş müdafiə naziri və danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri, hazırda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri təyin olunan Umerovla görüşüb. Ukrayna prezidenti görüşün sonunda yazıb: "Hazırda İstanbulda keçirilən ikinci görüşün razılaşmaları həyata keçirilir. Bu prosesdə daha çox dinamikaya ehtiyac var". 

1_2266608.jpg (350 KB)

 

Bu ərəfədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunu keçirmək üçün İstanbula gəlməyə hazırdır. Onun sözlərinə görə, Rusiya tərəfi ilə Ukrayna tərəfi arasında danışıqlar Kiyev tərəfindən asılıdır və yeni raundun tarixi üçün onlar qərar verməlidirlər. 

 

Screenshot_1.png (886 KB)

 

Rusiya mediası isə yazır ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya daha 50 gün müharibə aparmasına razılıq verdiyi üçün guya Ukrayna bundan narahat olub. “Yəni mümkündür ki, Rusiya ordusu hərbi əməliyyatları gücləndirəcək. Payızda hava şəraiti və palçıqlı yollar səbəbindən hərbi əməliyyatların intensivliyi hələ də azalacaq. Və o vaxta qədər formalaşan reallıqlarla, bəlkə də Putinlə Tramp arasında danışıqlar başlayacaq. İstanbul danışıqlar yolunu “intensivləşdirməyi” tələb edən Zelenski Rusiyanın məhz həmin “reallıqları” formalaşdırmaq imkanını minimuma endirməyə çalışır. Çünki danışıqlar davam edərkən hücuma keçmək uyğun deyil”, – deyə dzen.ru yazıb.(Musavat.com)

 

Избранный
63
24
sfera.az

10Источники