AZ

Rusiya və Ukrayna danışıqları iyulun 24-də baş tutacaq

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu iyulun 24-də baş tutacaq.

 

Sfera.az  xəbər verir ki, bu barədə TASS-dakı mənbə məlumat yayıb.

 

Qeyd olunub ki, görüş iyulun 24-nə planlaşdırılıb və nümayəndə heyətləri 23-də İstanbula gələ bilərlər.

 

Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski Rusiya və Ukrayna nümayəndə heyətlərinin növbəti görüşünün iyulun 23-nə planlaşdırıldığını və onun Türkiyədə baş tutacağını bildirib.

 

Bildirilir ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.

Seçilən
38
50
sfera.az

10Mənbələr