Məlum olduğu kimi, “Şamaxı”nın idarə heyətinin sədr müavini Ramiz Məmmədov Birinci Liqa təmsilçisi “Mingəçevir”ə baş məşqçi təyin edilib.
Arena.az xəbər verir ki, 2022-ci ildən “Şamaxı”da idarə heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023/2024-cü illər mövsümündə əsas komandanın baş məşqçisi postuna gətirilib.
Həmin mövsümdə “Şamaxı” Məmmədovun rəhbərliyi altında Birinci Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.
“Şamaxı” Ramiz Məmmədova göstərdiyi əvəzsiz xidmətlərə görə təşəkkür edib, yeni vəzifəsində uğurlar arzulayıb. Yeni təyinatı ilə əlaqədar Məmmədovun “Şamaxı”nın İdarə heyətində üzvlüyünə xitam verilib. Son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışmış tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin idarə heyətinə yeni üzv seçilib.