“Şamaxı” Futbol Klubunun idarə heyətinin sədr müavini Ramiz Məmmədov I Liqa təmsilçisi “Mingəçevir” klubuna baş məşqçi təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2022-ci ildən klubda idarə heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023-24-cü illər futbol mövsümündə əsas komandanın baş məşqçisi postuna gətirilib və “Şamaxı” Məmmədovun rəhbərliyi altında I Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.
Qeyd edək ki, yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun “Şamaxı” FK-nın İdarə heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin idarə heyətinə yeni üzv seçilib.