“Şamaxı” Futbol Klubunun İdarə Heyətinin sədr müavini Ramiz Məmmədovun üzvlüyünə xitam verilib.
Bu barədə İdman.biz-ə bölgə təmsilçisindən məlumat verilib.
Bildirilib ki, buna Məmmədovun I Liqa təmsilçisi “Mingəçevir” klubuna baş məşqçi təyin edilməsi səbəb olub. 2022-ci ildən sədr müavini kimi fəaliyyət göstərən mütəxəssis, eyni zamanda, 2023/24 mövsümündə əsas komandanın baş məşqçisi postuna gətirilib və “Şamaxı” olun rəhbərliyi altında I Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.
Onu bu postda son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan millinin sabiq futbolçusu Vəli Qasımov əvəzləyib.
İdman.biz