“TəhsilPlus” kartı tələbələrlə yanaşı müəllimlərə də tətbiq olunacaq.
“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli TəhsilPlus kartının təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, kart təhsilverənlərin rifahının artırılmasına səbəb olacaq:
“Bu müəllim nüfuzunun artırılmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər. Bu layihə müəllimlərin professional nüfuzunun artırılmasına yönəlib və təhsilin inkişafına töhfə verəcək”.