AZ

Müəllimlərə təhsil kartı veriləcək

“TəhsilPlus” kartı tələbələrlə yanaşı təhsilverənlərə də münasibətdə tətbiq olunacaq”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard" şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən TəhsilPlus kartının təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, kartlarda keşbeklərdən gələn gəlir müəllimlərin rifahının yaxşılaşmasına sərf edəcək.

Bu layihə müəllimlərin professional nüfuzunun artırılmasına yönəlib və təhsilin inkişafına töhfə verəcək.

Seçilən
54
2
teleqraf.com

4Mənbələr