"Bu gün Rustem Umerovla Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının və Ali Baş Komandanın qərargahının fəaliyyəti, eləcə də müdafiə və danışıqlarla bağlı şəxsi məsuliyyətləri müzakirə etdik. Danışıqlar xətti intensivləşdirilməlidir. İstanbulda keçirilən ikinci görüşdə əldə olunmuş razılaşmaların icrası davam edir. Bu prosesdə daha çox dinamika lazımdır", - deyə Zelenski "Telegram" kanalında yazıb.
Bir gün öncə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskvanın nümayəndə heyəti İstanbulda üçüncü danışıqlar raundunda iştirak etməyə hazırdır. Lakin onun sözlərinə görə, Kiyev hələlik danışıqların bərpasına dair heç bir iradə nümayiş etdirməyib. Zaxarova ümid etdiyini bildirib ki, Ukrayna əvvəlki razılaşmalara sadiq qalaraq dialoqu davam etdirəcək.