AZ

Zelenski İstanbuldakı danışıqların intensivləşdirilməsi tapşırığını verib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Rustem Umerova Rusiya ilə İstanbulda aparılan danışıqları sürətləndirmək tapşırığını verib.

"Bu gün Rustem Umerovla Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının və Ali Baş Komandanın qərargahının fəaliyyəti, eləcə də müdafiə və danışıqlarla bağlı şəxsi məsuliyyətləri müzakirə etdik. Danışıqlar xətti intensivləşdirilməlidir. İstanbulda keçirilən ikinci görüşdə əldə olunmuş razılaşmaların icrası davam edir. Bu prosesdə daha çox dinamika lazımdır", - deyə Zelenski "Telegram" kanalında yazıb.

Bir gün öncə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskvanın nümayəndə heyəti İstanbulda üçüncü danışıqlar raundunda iştirak etməyə hazırdır. Lakin onun sözlərinə görə, Kiyev hələlik danışıqların bərpasına dair heç bir iradə nümayiş etdirməyib. Zaxarova ümid etdiyini bildirib ki, Ukrayna əvvəlki razılaşmalara sadiq qalaraq dialoqu davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr