RU

İtaliya Azərbaycandan xam neft məhsullarının tədarükündə liderliyini qoruyur

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İtaliyaya 3,6 milyard ABŞ dolları dəyərində 6,8 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

Operativ Media xəbər verir ki, bu barədə "Vergilər'' qəzeti məlumat verib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 32,4 faiz və ya 881 milyon dollar, həcm baxımından isə 59,6 faiz və ya 2,54 milyon ton üstələyir.

Cari ilin ilk 6 ayı ərzində ölkədən ümumilikdə 6,4 milyard dollar dəyərində 12 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İtaliya 1-ci yerdə qərarlaşıb və ixrac həcminin 56,6 faizi bu ölkənin payına düşüb.

Избранный
23
22
operativmedia.az

10Источники