AZ

Azərbaycanda 6 ayda avtomobil nəqliyyatı ilə 6,4 milyard dollarlıq yük daşınıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 6,4 milyard ABŞ dolları dəyərində 3,1 milyon ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 500,8 milyon ABŞ dolları və ya 8,4%, həcm ifadəsində isə 242,8 min ton və ya 8,6% çoxdur.

 

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 1,2 milyard ABŞ dolları dəyərində 1,3 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 269,4 milyon ABŞ dolları və ya 28,4%, həcm ifadəsində isə 216 min ton və ya 19,9% artım deməkdir.

Eyni zamanda, dövr ərzində avtomobil nəqliyyatı vasitəsilə Azərbaycana 5,2 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin ilk 6 ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 231,4 milyon ABŞ dolları və ya 4,6%, həcm baxımıdan isə 26,8 min ton və ya 1,5% artıb.

Seçilən
9
7
day.az

10Mənbələr