Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Almaniyaya 302,4milyon ABŞ dolları dəyərində 562,3 min ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 8,5 milyon ABŞ dolları və ya 2,9%, həcmifadəsində isə 121,6 min ton və ya 27,6% çoxdur.
Dövr ərzində Almaniya Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsindəisə 947,5 min ton və ya 8,5% çoxdur.