RU

Cənubi Koreyada güclü yağış daşqınlara səbəb oldu – 5000 nəfər təxliyə edildi

BAKI, 18 iyul. TELEQRAF

Cənubi Koreyanın mərkəzi və cənub bölgələrində üç gün davam edən leysan yağışlar nəticəsində 4 nəfər həlak olub, 1 nəfər itkin düşüb, 5000-dən çox insan təxliyə edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilir ki, yaşanan daşqınlar dövlətə məxsus təxminən 500, şəxsi mülkiyyətə aid isə 300-ə yaxın obyektə ziyan vurub.

Qeyd edilir ki, Cənubi Koreya hökuməti fövqəladə vəziyyətə cavab vermək üçün aidiyyəti qurumları səfərbər edib.

Избранный
71
50
teleqraf.com

10Источники