AZ

Filippində güclü leysan səbəbilə məktəblər və dövlət qurumları bağlandı

Filippində ölkənin mərkəzi hissəsində yağan güclü yağışlar səbəbindən hökumət və təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəsmi saytında məlumat verilib.

Filippin Daxili İşlər Nazirliyinin məlumatına görə, leysan nəticəsində altı nəfər itkin düşüb, təxminən 35 min vətəndaş təxliyə mərkəzlərinə yerləşdirilib.

“Malaqanyang (Prezident Sarayı) paytaxt Manilanın da daxil olduğu bölgədə və ona qonşu səkkiz əyalətdə dövlət qurumlarının fəaliyyəti və bütün təhsil səviyyələrində dərslərin saat 13:00-dan (Bakı vaxtı ilə 08:00) etibarən dayandırıldığını elan edib”, – deyə məlumatda bildirilir.

Bununla yanaşı, məlumatda qeyd olunur ki, bütün fövqəladə xidmətlər fəaliyyətini davam etdirməlidir. Özəl şirkətlər isə rəhbərlik tərəfindən müəyyən olunan rejim üzrə işləyəcək.

Seçilən
33
50
nocomment.az

10Mənbələr