BAKI, 18 iyul. TELEQRAF
Cənubi Koreyanın mərkəzi və cənub bölgələrində üç gün davam edən leysan yağışlar nəticəsində 4 nəfər həlak olub, 1 nəfər itkin düşüb, 5000-dən çox insan təxliyə edilib.
Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilir ki, yaşanan daşqınlar dövlətə məxsus təxminən 500, şəxsi mülkiyyətə aid isə 300-ə yaxın obyektə ziyan vurub.
Qeyd edilir ki, Cənubi Koreya hökuməti fövqəladə vəziyyətə cavab vermək üçün aidiyyəti qurumları səfərbər edib.