RU

Tramp Qəzzada kilsəsinin vurulması ilə bağlı Netanyahuya zəng edib

Vaşinqton, 17 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Qəzzada Müqəddəs Ailə kilsəsinin vurulmasına görə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

AZƏRTAC-ın məlumatına görə, bunu Ağ Evin sözçüsü Kerolayn Livit açıqlayıb. Sözçü qeyd edib ki, ABŞ Prezidenti hücumdan məyusluğunu dilə gətirib. Livit Trampın zərbəyə müsbət reaksiya vermədiyini söyləyib. Onun sözlərinə görə, Netanyahu Trampa kilsəni vurmağın səhv olduğunu bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
83
50
azertag.az

10Источники