AZ

Ağ Evdə Netanyahuya qarşı narazılıq artır

ABŞ Prezident Administrasiyasının bir sıra yüksək vəzifəli nümayəndələri, o cümlədən prezidentin xüsusi nümayəndəsi Uitkoff, İsrail Baş naziri Benyamin Netanyahunun regional siyasətindən narahatdırlar.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Axios” portalı məlumat yayıb. Məqalədə bildirilir ki, Tramp administrasiyasında Netanyahuya qarşı skeptisizm artır:

“Administrasiyada belə düşünənlər çoxalır ki, Netanyahu tətik barmağını saxlaya bilmir və bölgədə çox destruktiv siyasət yürüdür”.

Bununla belə, Donald Trampın özü müşavirlərinin bu narahatlığını bölüşüb-bölüşmədiyi hələlik aydın deyil.

Natiq Səlim,
KONKRET.az

phrase_var_article.chosen
33
50
konkret.az

10phrase_var_article.sources