Vaşinqton, 17 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Qəzzada Müqəddəs Ailə kilsəsinin vurulmasına görə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
AZƏRTAC-ın məlumatına görə, bunu Ağ Evin sözçüsü Kerolayn Livit açıqlayıb. Sözçü qeyd edib ki, ABŞ Prezidenti hücumdan məyusluğunu dilə gətirib. Livit Trampın zərbəyə müsbət reaksiya vermədiyini söyləyib. Onun sözlərinə görə, Netanyahu Trampa kilsəni vurmağın səhv olduğunu bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton