Mərkəzi Asiyada ali təhsildə süni intellektin tətbiqi ilə bağlı mühüm əməkdaşlıq müzakirə olunub. Monqolustan UNESCO ilə birgə təşəbbüs çərçivəsində süni intellektin təhsildə istifadəsi mövzusunda regional dialoq təşkil edib.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, görüşdə təhsil sistemlərinin rəqəmsallaşdırılması, tədris prosesinin yenilənməsi və gələcək nəsillərin texnoloji bacarıqlarının artırılması məsələləri diqqət mərkəzində olub. Tərəflər bu əməkdaşlığı regionun təhsil sahəsində rəqəmsal transformasiyasına doğru atılan vacib addım kimi qiymətləndiriblər.