AZ

İngiltərə və Almaniya tarixi dostluq və müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar

Böyük Britaniyanın baş naziri Keir Starmer və onun almaniyalı həmkarı Fridrix Merz tarixi dostluq və müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıblar.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Londonda görüşən Starmer və Merz tərəfindən imzalanan sənədin birinci bəndlərində strateji əməkdaşlığın əsas səbəbi kimi Rusiya göstərilir.

Tərəflər müdafiə sahəsində əməkdaşlıq sazişini Rusiya tərəfindən “geosiyasi vəziyyətdə köklü dəyişikliklər” və “təhlükəsizliyə ən ciddi və qaçılmaz təhdid” inamına əsaslanaraq imzalayıblar.

Londonda Viktoriya və Albert Muzeyində keçirilən imzalanma mərasimindən sonra danışan Starmer, “Bu, ölkələrimiz arasında ilk dəfə imzalanmış bir müqavilədir. Bu, müdafiə, təhlükəsizlik, ticarət, iqtisadiyyat və enerji sahələrində müttəfiqlərin əhəmiyyətini vurğulayır. Bu müqaviləyə o qədər çox şey daxil edilib. Ona görə də bu, həqiqətən tarixidir”,-deyə bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
84
50
editor.az

10Mənbələr