RU

Ağsuda qum-çınqıl yatağı hərraca çıxarılır

BAKI, 17 iyul. TELEQRAF

Ağsu rayonu ərazisində yerləşən “Qasımbəyli” qum-çınqıl yatağı hərrac yolu ilə satışa çıxarılacaq.

Əmlak Məsələləri Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, satışa çıxarılan LOT-1 üzrə yatağın ümumi həcmi 580 000 kubmetr, sahəsi isə 29 hektar təşkil edir.

Qum-çınqıl yatağının hərracda ilkin satış qiyməti 58 000 manat, beh məbləği isə 5 800 manat (başlanğıc qiymətin 10 faizi) təşkil edir. Maraqlanan şəxslər üçün iştirak haqqı 1 080 manat olaraq müəyyən edilib.

Qeyd edək ki, hərrac auksion formasında keçiriləcək.

Избранный
34
49
teleqraf.com

10Источники