AZ

Lənkəranda xilasedici dənizdəki tora ilişərək XƏSARƏT ALDI

Lənkəranda çimərlikdə xidmət aparan xilasedici gözlənilməz şəkildə dənizdəki balıqçı toruna ilişərək xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndində yerləşən çimərlik ərazisində baş verib.

Məlumata görə, Lənkəran şəhər sakini, xilasedici İlkin İlyasoğlu növbə zamanı suya daxil olub və bu zaman dənizdə yerləşdirilən torları saxlayan troslardan biri onun boğaz nahiyəsinə dolanıb. Gərginlik nəticəsində xilasedicinin boğazında ciddi kəsik yaranıb.

Ətrafdakıların köməyi ilə sudan çıxarılan yaralı dərhal təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona ilkin tibbi yardım göstəriblər.

Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Sabutay, Bizim.Media, Cənub bürosu.

Seçilən
16
2
bizim.media

10Mənbələr