RU

Husilər İsrailin cənubundakı Eylat limanına və hərbi obyektə hücum ediblər

Yəmənin üsyançı Ənsarullah hərəkatına bağlı husilərin yaratdığı silahlı qüvvələr Negev səhrasında yerləşən hərbi obyektə və İsrailin cənubundakı Eylat şəhərindəki limana zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səriə məlumat verib.

Üsyançılara məxsus "Al Masirah" telekanalına danışan Səriə bildirib ki, husilər üç pilotsuz uçuş aparatından istifadə etməklə koordinasiyalı əməliyyat həyata keçiriblər. Onun sözlərinə görə, dronlardan ikisi Negev bölgəsində İsrailin mühüm hərbi obyektinə, biri isə işğal olunmuş Fələstində yerləşən Umm ər-Rəşraş limanına hücum edib. Səriə əməliyyatın uğurla başa çatdığını vurğulayıb

Избранный
70
50
operativmedia.az

10Источники