Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Negev səhrasındakı hərbi obyektə və İsrailin cənubundakı Eylat şəhərindəki limana zərbələr endirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda hərəkatın hərbi sözçüsü Yəhya Sariya bildirib.
Üsyançılara məxsus “Əl Məsirə” telekanalında danışan Sariya husilərin üç pilotsuz uçan aparatdan istifadə etməklə koordinasiyalı əməliyyat həyata keçirdiklərini deyib.