AZ

Ravvinlər Netanyahunu tərk etdilər

İsrail Knessetində dörd yerə sahib olan "Degel HaTorah" partiyası bu axşam baş nazir Binyamin Netanyahunun kabinet koalisiyasını tərk etdiyini rəsmən elan edib.

"Unikal" xəbər verir ki, bu qərara səbəb ultra-pravoslav yəhudiləri hərbi xidmətdən azad edən qanunun təsdiqi prosesində irəliləyişin olmaması olub.

Bəyanata görə, "Degel Ha Torah" MK-lərdən ravvin Dov Lando və Sarel Hirşin göstərişlərinə əməl edərək, “hökumətdəki fəaliyyətlərini dərhal dayandırmalı, o cümlədən bütün əlaqəli vəzifələrdən istefa verməlidirlər”. Partiya nümayəndələrinin fikrincə, hakimiyyət “Tövrat tələbələrinə zülmü müxtəlif yollarla artırmaq niyyətini nümayiş etdirir və onları aşağılamağa çalışır”.

Partiya üzvləri hazırda istefa məktublarını imzalamaq üçün Knessetin Maliyyə Komitəsinin rəhbəri Moşe Qafninin önündə toplaşırlar. Baş nazir Benyamin Netanyahunun millət vəkillərini koalisiyaya qayıtmağa inandırmaq üçün 48 saat vaxtı var.

Seçilən
41
14
unikal.az

10Mənbələr